Menü Kapat

Media player video,film ve musiqi kimi multimedia faylları oynayan bir kompüter proqramıdır.

Müxtəlif media oyunçular (media players)  müxtəlif məqsəd və xüsusiyyət dəstləri ola bilər. Video oyunçular dijital video oynayanlara qarşı daha çox xüsusiyyətləri olan bir qrup media oyunçusudur. Məsələn, Windows DVD Player yanliz DVD-Video diskləri oynayır. Media Player Classic fərdi audio və video faylları oynaya bilər,lakin rəng düzəldilməsi,şəkil kəsici,böyütmə,qısa yolların dəsti,DVB dəstəyi və alt yazı dəstəyi kimi xüsusiyyətlərindən bir çoxu film və cizgi filmləri kimi video material üçün faydalıdır. Digər tərəfdən səs oyunçuları rəqəmsal səslə ixtisaslaşırlar. Məsələn AIMP yanlız səs formatlarını oynayır. MediaMonkey həm audio,həmdə video formatlarını oynaya bilər. Bunlardan əlavə ümumi məqsədli media oyunçular (media players) də var. Məsələn,Windows Media Player özü Media Player Claasic və MediaMonkey kombinasiyasının xüsusiyyətlərinə uyğun gəlməsədə,Windows Media Player həm audio və video materialı üçün xüsusi xüsusiyyətlərə malikdir.

Windows Media Player (WMP)

Windows Media Player  Microsoft tərəfindən hazırlanmış bir media player və media kitabxana proqramıdır. Bu, Microsoft Windows əməliyyat sistemini işləyən fərdi kompüterlərdə,həmçinin Pocket OC və Windows Mobile əsaslı qurğularda audio,video və görüntülərin göstərilməsi üçün istifadə olunur. Windows Media Player’in nəşrləri klassik Mac OS,Mac OS X və Solaris üçün buraxılmışdır,lakin bunların inkşafı dayandırılmışdır.

Windows Media Playervbir media player olmağından əlavə kompak disklərdən musiqi çıxarmaq və kopyalamaq,Audio CD formatında disklər yazmaq və ya MP3 CD kimi çalğı siyahıları olan məlumat diskləri kimi tərkibə malikdir.

Windows Media Player 11 – Windows XP, Windows Vista və Windows Server 2008-də mövcuddur. Standart fayl formatları  Windows Media Video (WMV), Windows Media Audio (WMA), Advanced Systems Format(ASF) və XML Windows Playlist (WPL) adlanan playlist formatına əsaslanır.

Windows Media Player 12 – Windows Media Player-in ən yeni versiyasıdır. Windows 7 ilə birlikdə 22 oktyabr 2009-cu ildə buraxılmış və Windows un əvvəlki versiyaları üçün hazirlanmayib.(Windows 8, Windows 8.1 və  Windows 10 üçün yenilənməmişdir)

Windows Media Player audio,video və şəkilərin oynadilmasını dəstəkləyir.

Windows Media Player media kataloqunu,media axtarışını və mediaya baxmasını təklif edən versiya 7 – də ilk olaraq təqdim edilən inteqrasiya edilmiş media kitabxanası vasitəsilə tam media idarəetməsini dəstəkləyir. Media albom,mrəssam,janr,tarix və digərlərinə görə təşkil oluna bilər. Windows Media Player 9 Series – bir menyu vasitəsilə bütün kitabxananı gözdən keçirmək və naviqasiya etmək üçün Quick Access Paneli təqdim etdi. Sürətli Access Paneli 10-cu versiyada mini rejimə əlavə olunub,lakin 11 ci versiyada ariq o tamamilə silindi.

Windows Media Player 10 – toplanmış şəkillər,qeyd olunan TV şouları və digər mediaları kitabxanalara dəstək üçün yaratdı.

Windows Media Player,istifadəçinin 7 ci ildən etibarən portativ əl cihazları və oyun konsolları ilə məlumatları paylaşma,sinxronlaşdırma imkani verir.

Versiyaları:

Microsoft ayrıca olaraq Windows Mobile, Classic Mac OS, Mac OS X, Palm-size PC, Handheld PC və Solaris də daxil olmaqla ,digər platformalar üçün Windows Media Player versiyasini buraxmışdır. Bunlardan yanlız Windows Mobile nəşrləri Microsoft tərəfindən aktiv olaraq inkşaf etdirilir və dəstəklənir.

Windows Mobile

Pocket PC üçün Windows Media Player ilk olaraq 6 yanvar 2000 ci ildə elan edilmiş və təxminən Windows versiyasına oxşar bir proqramda yenidən işləmişdir. Hal hazirda “Media Player 10 Mobile” kimi taninan bu nəşr- ( 30 oktyabr 2004 cü ildə buraxılmışdır) playist imkanları,media kitabxanası,albom sənəti, WMA Lossless playback,DRM-qorunması üçün dəstək daxil olmaqla, WMP 10 – nun Windows versiyası imkanlarına bənzəyir. Media Player 10 Mobil Microsoftdan yükləmə kimi mövcud deyil;paylanması yanliz OEM tərəfdaşları vasitəsilə həyata keçirilir və adətən Windows Mobile əsasında aparatlara daxil edilir.

Bir Windows Mobile Professional cihazinda Windows Media Player 10.3  :

Windows Media Player 10.3 Mobile versiyasi 12 fevral 2007 ci ilə yaranmışdır.  Buna Windows Mobile 6.1 və Windows Mobile 6 daxildir. Windows mobile 5.0 üçün yararlıdır.