Menü Kapat

SEO – ingiliscə Search Engine Optimization sözlərinin abbreviaturası olub, axtarış sistemlərində saytların və ya səhifələrin ilk sıralarda çıxması üçün görülən işlərdir.

Bunların hansı işlərdən ibarət olduğunu aşağıda sadalayacam:

  1. ‘Title’ – uzunluğu 70 simvoldan az olmalıdır.
  2. ‘Keywords’ – ‘meta’ teqinin ‘keywords’ atributunun uzunluğu 260 simvoldan az olmalıdır.
  3. ‘Description’ – ‘meta’ teqinin ‘description’ atributunun uzunluğu 160 simvoldan az olmalıdır.
  4. ‘Heading’ teqləri – maksimum 1 ədəd h1 teqi, maksimum 4 ədəd h2 teqi və max 4 ədəd h3 teqi olmalıdır.
  5. Ümumi ‘image’ sayı – şəkillərin sayı çox olduqca saytın ümumi həcmi də artdığından sorğuların sayı da artacaq, buna görə də şəkillərin sayını azaltmaq lazımdır, bunun ən yaxşı yolu CSS sprite üsuludur.
  6. Daxili link sayı – sayı 100 linki keçməməlidir.
  7. Xarici link sayı – sayı 20 linki keçməməlidir. Lazımsız saytlara link verilirsə, bunlar ‘rel’ atributunun qiyməti ‘nofollow’ ilə verilməlidir.
  8. ‘Nofollow’ link sayı – Google bir saytın mütləq ‘nofollow’ istifadə etməsini məsləhət görür. Keyfiyyətinə güvənmədiyiniz və ‘Page Rank’ ölçüsünü paylaşmaq istəmədiyiniz saytları ‘nofollow’ ilə göstərməklə həmin sayta bir növ zamin olmadığınızı göstərmiş olursunuz.
  9. ‘Favicon’ ikonu – saytın istifadəçilərin ağlında qalması üçün saytın loqosu qədər vacibdir. SEO üçün vacibdir.
  10. ‘Alt’ atributu – saytda istifadə olunan hər şəkil üçün ‘alt’ atributu vacibdir. Çünki Google şəkilləri oxumur, ancaq şəklin ‘alt’ atributunda yazılanları oxuyub tanıyır.
  11. ‘Style’ faylının sayı – sorğu sayını azaldıb, saytın daha tez yüklənməsi üçün 1-dən çox ‘style’ faylının bir faylda birləşdirilməsi lazımdır.
  12. ‘Javascript’ faylının sayı – ‘javascript’ faylları saytların sürətini aşağı salır. Bunun üçün saytda istifadə olunmayan ’javascript’ fayllarının təmizlənməsi lazımdır. Eyni zamanda ‘js optimizer’ saytları vasitəsilə javascript faylları kiçildilib istifadə olunmalıdır.
  13. Saytdakı sorğu sayı – 20 olmalıdır.
  14. DNS sorğu sayı – bir saytda xarici mənbədən olan faylların istifadəsi başqa DNS-lərin sorğulanması yolu ilə reallaşır. DNS sorğu sayı saytların yavaşlamasındakı ən vacib faktordur.
  15. HTML həcmi – bu həcm nə qədər az olarsa, saytın kodlaşdırılması o qədər düzgün qəbul edilmiş olar. Bir saytda html həcmi(tutumu) 32kb-ı keçməməlidir.
  16. ‘Table’ istifadəsi – yeni veb texnologiyasına görə veb saytlarda ‘html table’ əvəzinə ‘css table’-dən istifadə edilməlidir.
  17. Gzip istifadəsi – Gzip saytlardakı html fayllarını 80%-ə qədər sıxıb, axtarış sistemlərində daha sürətli tapılmasını və istifadəçilər tərəfindən saytların daha sürətli açılmasını təmin edir.
  18. Robots.txt mövcudluğu – Robots.txt faylı Google-a index-lənməsi və index-lənməməsi istənilən qovluqların göstərildiyi fayldır. Hər hansı bir limit qoyulmasa belə robots.txt faylının istifadəsi Google üçün vacibdir.
  19. Sitemap.xml mövcudluğu – sitemap.xml faylı saytların tərkibini göstərən bir yol göstərəndir. Saytdakı bütün səhifələrin sayı və bu səhifələrin yenilənmə tezliyi kimi vacib məlumatları, axtarış sistemləri tərəfindən index-lənmədə istifadəsini təmin edir. Saytların sürətli və tam index-lənməsi üçün vacibdir.
  20. Domain yaşı – Saytların yaşı SEO baxımından vacib bir kriteriyadır. Saytların yaşı Google üçün təcrübə kimi qəbul olunur və vacib kriteriya kimi SEO-da yer tutur.
  21. Domain bitmə tarixi – bu tarix nə qədər uzun olarsa, Google üçün gələcəyini fikirləşən, gələcək üçün investisiya qoyan bir sayt kimi yadda qalır. Bu tarix 3-5 il olsa daha yaxşı olar SEO üçün.
  22. Language -‘javascript’ istifadəsi – bu kod olmadan yazılmalıdır.
  23. URL Canonical istifadəsi – eyni tərkibə malik müxtəlif fayl genişlənməsinə malik url-lərin Google tərəfindən tərkibləri eyni başa düşülməməsi üçün url.com və url.com/index.php kimi yazılması daha yaxşıdır.
  24. ‘Height’ və ‘Width’ atributları olmayan şəkillər – şəkillərdə bu atributlar mütləq göstərilməlidir, çünki web browser-də ‘height’ və ‘width’ göstərilməmiş şəkillər əvvəlcə bütün ekranda açılar daha sonra öz ölçülərində açılar. Əgər bu atributlar göstərilmişdirsə, onda şəkil öz ölçüsündə açılar və daha tez yüklənər.
  25. W3CCSS və W3C XHTML səhvləri – sertifikatlar bir saytın Google üçün müəyyən bir dəyərə çatması üçün ən vacib kriteriyadır. Saytların html və css-inin düzgün kodlaşdırılmasını təsdiqlətmək, həm bununlar bağlı sertifikat almağınızı, həm də düzgün dizayn sayəsində saytların daha sürətli açılmasını təmin edəcəkdir.
  26. Inline CSS və Javascript istifadəsi – CSS və js kodları xhtml içərisində olmamalıdır. Bu fayllar xarici mənbədən çağırılmalıdır.
  27. ‘Target’ istifadəsi – linklərdə target atributu əvəzinə yeni veb texnologiyası olan rel=“external” kodu istifadə olunmalıdır.
  28. DMOZ qeydiyyatı – DMOZ dünyanın ən böyük qovluğu olması səbəbi ilə Google üçün vacib sayılır. DMOZ qovluğuna əlavə olunmuş saytlar axtarış sistemlərində daha üstün tutulur (www.dmoz.org).
  29. Saytın yüklənmə sürəti – saytın yüklənmə sürəti nə qədər sürətli olsa, istifadəçilər və axtarış sistemləri saytın tərkibinə o qədər tez çatarlar.
  30. ‘Strong’ və ‘Bold’ (həmçinin ‘I’ ve ‘Em’) teqlərinin istifadəsi – Key words (açar sözlər) saytda qalın və italik bir şəkildə göstərilərək axtarış sistemləri üçün daha diqqət cəlb edən olmalıdır.
  31. Daimi status – Axtarış sistemi dost url-ın quruluşu sayəsində səhifələri google tərəfindən daha üst sıralara çıxarır. Xüsusilə açar sözlər url-lərin içərisində də olması daha vacib sayılır.
  32. Tərkib-kod nisbəti – Bir saytın tərkibinin saytın kod həcminə(tutumuna) nisbəti nə qədər çox olsa, o saytın o qədər düzgün bir kodlaşdırmaya sahib olduğunu göstərər. Tərkib/kod = 25%-dən az olmamalıdır. (Məsələn, cəmi 13,44kb olan faylda, tərkib 4,91, kod 8,53, deməli səhifədə 36, 54% həcmində mətn var, bu yaxşıdır!)
  33. Google PR qiyməti – Google Pagerank, Google-un saytınıza gələn backlink və tərkib məxsusluğuna verdiyi bir qiymətləndirmə sistemidir. 10-luq bal sistemi ilə verilən bu qiyməti dürüst və rəsmi şəkildə işləyib SEO üçün artırmaq çox asandır.
  34. Google Backlink sayı – Google Backlink, veb saytlarına gələn bağlantıların Google ələyindən keçirilərək dofollow olanların sıralandığı linklər siyahısıdır.
  35. ALEXA qiyməti – Alexa qiyməti sayta aid sorğu və istifadəçi trafikinin Dünya sıralanmasındakı yerini göstərir.
  36. Google Index sayı – Google index sayı nə qədər çox olarsa, saytın tərkibi də o qədər yaxşı sayılır. Saytın keyfiyyətli olması həmin saytın index sayıdır.
  37. Index-siz URL sayı – Bir saytın özünə aid index sayından əlavə, başqa saytlardakı url sayı saytın nə dərəcədə tanınmış olduğunu göstərir. Google üçün vacib kriteriya sayılar,index-siz url sayı başqa saytın digər saytlarda nə dərəcədə məsləhət görüldüyünü göstərir.

SEO və Veb dizayn

SEO Veb dizaynla iç-içə bir mövzudur. Bir-birlərini tamamlayırlar da deyə bilərik. Proqramla başlayan müvəffəqiyyətli işlər, SEO ilə özünü bir üst səviyyəyə çıxarır və beləcə saytınız doğru bir planlaşdırma reallaşdırmış olur. Təbii ki bunların tətbiqi üçün müəyyən bir məlumat təcrübəsinə sahib olmaq lazımdır. SEO qaydalarına uyğun qurulmayan veb saytlar axtarış sistemləri tərəfindən nəzərə alınmazlar. Buna görə SEO olmadan veb sayt, veb sayt olmadan SEO heç bir işə yaramaz deyə bilərik.
Mövzunu bir az da açım istəyirsiniz:

Veb saytınızın oxuna bilən və indexlənəbilən bir dizayna sahib olması, axtarış sistemləri botlarının saytınıza nəzarət etdiyində SEO qaydalarına, html etiketlərinə, səhifəyə daxilolma sayına, səhifədə qalma müddətinə, backlink sayına baxaraq qiymətləndirmə edər. Buna görə web saytınızın alacağı dəyər (axtarış sistemində veb sayt sıralaması olaraq) müəyyən edilir. Yəni məzmununun və ya vizuallarının çox keyfiyyətli olmasına baxmayaraq qaydalara uyğun görülməzsə heç bir işə yaramayacaqdır. Veb saytınızdakı interfeys kodlaşdırmasını da HTML 5 şəklində kodlaşdırmalısınız. Qaydalara görə qurulmuş bir veb saytın oxunuşu asanlaşar və məzmununun axtarış sistemlərində ön sırada olar. Mobilə uyğun veb saytlar da axtarış sistemlərində olduqca üstünlük təşkil edir. Buna görə veb saytınızın mobilə uyğun olmasına diqqət yetirməniz lazımdır. Xüsusilə, artıq istifadəçilərin çoxunun telefon və tabletten internetə girdiyini düşünsək olduqca əhəmiyyətlidir. Sürətli bir hosting və qüsursuz kodlaşdırma ilə veb saytınızın infrastrukturunu güclü etməlidir. Ayrıca sonradan dəyişiklik edə biləcəyiniz bir sistemə sahib olmalısınız. Veb saytınızın url quruluşunu da SEO-ya uyğun etməyiniz və ona görə domain almağınız da saytınız üçün olduqca faydalıdır.

Görüldüyü üzrə; müəyyən başlıca qaydalara diqqət edərək və Google aktual algoritmalarını izləyərək veb saytınızı olduqca yaxşı bir mövqeyə gətirə bilərsiniz.