Menü Kapat

Massivlər eyni tipli elementlər yığımıdır və yaddaşda kəsilməz bir sahədə yerləşir. Massivlərin elementlərinə indeks adlanan dəyişəndən istifadə etməklə  müraciət edilir. Massivlər 3 parametrlə xarakteriə olunur: adı, tipi, ölçüsü.

Massivin təsvir formatı aşağıdakı kimidir:

elementlərin tipi adı: [ölçü];

Massivlər ölçüsünə görə: bir ölçülü və çox ölçülü olmaqla xarakterizə olunur.

Bir ölçülü massivlər

Toplu olaraq bir qurup halında mövcud olan rəqəm və ya hərf dəyərlərini içində saxlayan massivlərə bir ölçülü massivlər deyilir.

İlk dəyəri 15, ikinci dəyəri 25, üçüncü dəyəri 67 və dördüncüsü 43 olan bir tam tip massivi yaradaq və dəyərləri təyin edək.

#include<iostream>

using nmespace std;

int main ( ) {

int a [ 4 ];

a [ 0 ] = 15;

a [ 1 ] = 25;

a [ 2 ] = 67;

a [ 3 ] = 43;

cout<< a [ 0 ]<< a [ 1 ]<< a [ 2 ]<< a [ 3 ]<<a [ 4 ]<<endl;

return 0 ;

}

Çox ölçülü masivlər

Çox ölçülü massivlərin təyn olunması da məntiqi cəhətdən eyni yolla həyata keçrilir. Çox ölçülü massivlərə matrislər  də deyirlər. Məhz elə buna görə də iki fərqli indeks təyin olunur.  Birinci indeks sətir elementlərini tutarkən, ikinici indeks sütun elementlərini tutur.

Çox ölçülü massivlər aşağıdakı kimi təyin olunurlar :

(verilenin tipi) massivin adı [ ] [ ] ;

Misal :

Çox ölçülü massiv təyin edək və oun elementlərini matris şəkilində düzək.

#include<iostream>

using namespace std;

int main ( ) {

int deyer [ 4 ] [ 2 ] = { {1, 2 }, { 3, 5 }, { 4, 2 }, { 1, 0 } ;

cout<< “massivin elementleri”;

for (int i=0; i<4; i++){

for(int j=0; j<2 j++){

cout<< “[“<< i <<“] [” << j << “]: ” ;

cout<< deyer[ i ] [ j ]<< endl;

}

}

return 0 ; }