Menü Kapat

Labelstring tipi ilə işləyən yazı alətidir. Label – a proqram çalışdığı müddətdə birbaşa müdaxilə etmək mümkün deyil və bu da onun TextBox – dan fərqli cəhətini ortaya qoyur. Bu alət adətən ad və ya digər bir aləti və ya şəkli ifadə etmək üçün istifadə olunur. Tutaq ki, biz kod vasitəsilə Label – dakı yazını dəyişən bir program yazmaq istəyirik. Bunun üçün əvvəlcə alətlər bölməsindən Label forma sürüşdürülür

Göründüyü kimi label1 kiçik görsəndiyindən biz bunun text – ni, rəngini və böyüklüyünü dəyişə bilərik. Sağ altda yerləşən properties hissəsindən uyğun olaraq bunları əldə etmək olar. Əvvəlcə text hissəsindən label1 – i pozub “Nümunə 1” sətri ilə əvəz edirik, sonra isə font – dan rəngini, yazı tipini və böyüklüyünə düzəliş edirik.

Nəticədə Form – da belə bir görüntü alınır

indi isə label – in üzərinə klikləyirik və label1_Click funksiyası yaradılır. Bu funksiyaya yazdığımız kod vasitəsilə biz label – in üzərinə kliklədikdə onun textini və fontunu dəyişə bilərik. Aşağıdakı kod sətrinə baxaq

label yazı aləti olduğu üçün onun text – ni dəyişərkən də string formatında yəni, dırnaq içində yazırıq. İkinci sətir yazı rəngini, üçüncü sətir isə şirifti, yazı həcmini və yazı stilini təyin edir. Proqramı çalışdırıb label – in üzərinə kliklədikdə belə bir görüntü yaranacaq

Digər bir Label forması olan linkLabel – adından göründüyü kimi sayt linki dəyişə bilən kursor (kursoru üzərinə gətirdikdə şəkli dəyişir) və klik effektinə malikdir. Nümunə olaraq hər hansı bir saytın açılması üçün istifadə edək. linkLabel – i ekrana sürüşdürüb text – ni və fontunu dəyişirik

linkLabel – in üzərinə klikləyirik və linkLabel1_LinkClicked funksiyası yaranır. Birinci sətirdəki kod vasitəsilə linkə klikləndikdən sonra linkin rəngi dəyişir və istifadə olunmuş effekti görsənir, ikinci sətir isə əməliyyat sistemində default (standart seçilmiş) browserdə aze.aridoshika.com saytı açır