Menü Kapat

Bu yazıda NetBeans İDE ilə ilk Java proqramımızı yazıb onun əsasında proqram strukturunu(proqram necə qurulmalıdır,onun sintaksisi və s.) nəzərdən keçirəcəyik.NetBeans İDE-nin interfeysi və istifadəsi isə  bizə lazım olduqca,proqramlar yazıldıqca öyrəniləcək.(Yazılar NetBeans İDE 8.2 versiyası üzərində izah olunacaq) İlk proqramımız “Salam, Dünya!” olacaq,yani yazacağımız kodla İDE-nin “output” hissəsinə “Salam, Dünya!” yazdıracağıq.”Salam, Dünya!” proqramı ənənə halını almışdır,yeni başlayanlar ilk addımını bu proqram nümunəsi ilə atırlar.

Proqramımız aşağıdakı kimi görünəcək:Qarşımıza “Start “Page”(başlanğıc səhifə) adlı bir səhifə çıxacaq.İstifadə etdiyimiz son proyektlərin,NetBeans İDE haqqında bir sıra məlumatlar göstərildiyi səhifəni bağlayaq və ana(əsas) ekranın yuxarı sol hissəsində “File” bölməsinə daxil olub “New Project”-i seçməklə ilk proyektimizi yaratmağa başlayaq.Qarşınızda bir pəncərə açılacaq və gördüyünüz kimi NetBeans İDE ilə müxtəlif növ(Java,JavaFX,Java Web və b.) proyektlər yaratmaq  mümkündür.Biz “Categories”(solda) bölməsindən “Java”-nı seçib “Projects”(sağ) bölmsindən isə “Java Application”-ı seçdikdən sonra “next” deyib növbəti addıma keçək.Açılan yeni pəncərədə proyektimizin adını qeyd etməliyik.Proyektin adını istənilən formada qeyd edə bilərsiniz ama proyektin məqsədinə uyğun bir ad qoymaq daha məsləhətlidir.Gördüyünüz kimi bu pəncərədə proyektimizin yerləşdiyi yer(Project Location) və proyektimizin yerləşdiyi qovluq(Project Folder) da göstərilmişdir.Proyektin yerini dəyişmək də mümkündür.Pəncərənin az aşağısında “Create Main Class” yazısını görəcəksiniz.Əgər yaratdığınız proyektdə proyektlə birlikdə ilkin olaraq açılan sinifin “main metodunun”(“main metodu” haqqında bu yazıda məlumat veriləcək) olmasını istəmirsinizsə mövcud “\/” işarəsini qaldıra bilərsiniz.Proyektin adını qeyd etdikdən sonra yenidən “next” deyək.Beləliklə ilk proyektimiz yaradılmış oldu və ana ekranımızda həmçinin ekranın sol tərəfində “Projects” hissəsində də göründü.

”Projects” hissəsində proyektimizə baxsaq onun paketlər(Source Packages və Test Packkages) və kitabxanalardan(Libraries və Test Libraries) ibarət olduğunu görərik.(hal hazırda Test Packages və Test Libraries mövcud olmaya da bilər)Bunlar haqqında qısa məlumat verək:

Paketlər sinifləri özündə saxlayan elementlərdir.Bütün paketlərimiz “Source Packages”-də yerləşəcək(“Test Packages”-də də yerləşə bilər).Bir paket daxilində istənilən sayda sinif ola bilər ama bütün siniflərin bir paketdə saxlanılması məsləhətli deyildir. Oxşar funksiyalara xidmət edən sinifləri qruplaşdırıb hər bir sinf qrupunu ayrı bir paketdə saxlamaq daha yaxşıdır.Məsələn, riyazi əməllərlə bağlı sinifləri bir paketdə,məlumatların oxunması,yazılması və b. prosseslərlə bağlı sinifləri digər bir paketdə saxlamaq daha məsləhətlidir.Beləliklə proqramımız daha səliqəli olmaqla yanaşı daha da oxunaqlı olur.İstər biz, istərsə də başqaları proyektimizə baxan zaman lazım gəldikdə hər hansı bir sinifi 100 hətda 1000 bəlkə də daha çox (böyük proyektlər üçün) sinif arasında axtarmaqdansa yerinə yetirdiyi funksiyaya uyğun olaraq yerləşdiyi paketin daxilində daha asan bir şəkildə tapa bilər.Yeni bir paket yaratmaq üçün “Projects” hissəsində proyektimizin üzərinə gəlib mausun sağ düyməsinə basmaqla “New” bölməsindən “Java Packages”-i seçməliyik.Açılan pəncərədə paketin adını aşağıda qeyd etdiyimiz qaydalara uyğun olaraq qeyd edib “Finish” deyək.Paketlərin adlandırılmasına baxdıqda isə onların kiçik həriflə başlayıb boşluq buraxılmadan daxilində yerləşən siniflərin funksiyasına uyğun olaraq adlandırıldığını görərilk,bu qəbul olunmuş bir standartdır.Əgər paketin adının 2 və daha artıq sözdən ibarət olmasını istəsəz sözlərin hər bir hərifi kiçik olmaqla sözlər bitişik olaraq yazılır.Məsələn,”riyazidüsturlarınhesablanması” kimi.Əgər siz proyekti adlandırarkən boşluqdan istifadə etmisinizsə İDE bunu noqtə ilə əvəzedir.Məsələn,”riyazi.düsturların.hesablanması”.İstəsəz bu qaydaya əməl etməyib mövzuyla əlaqəsiz bir ad da qoya bilərsiz bu sintaktik cəhətdən səhv deyil lakin məsləhət görülmür.

Ekranın solunda yerləşən “Projects” hissəsinə baxsaq yaratdığımız proyektdə “Source Packages” daxilində avtomatik olaraq proyektimizin adını daşıyan bir paketin yarandığını görərik.Bu paketin daxilində isə yenə proyektimizi yaradarkən avtomatik olaraq İDE-nin bizim üçün yaratdığı sinifi görmək mümkündür.Bu sinif də yaratdığımız proyektin adını daşıyır.Siniflərin adlandırılması isə belədir:Hər söz böyük həriflə başlayır və bitişik yazılır.Məsələn:”TələbələrHaqqındaMəlumat”.

Əgər proyektinizi yaradarkən İDE-nin sizin üçün avtomatik olaraq yaratdığı paket ya da sinifi silmək və yeni bir sinif ya da paket yaratmaq isdəsəz bu mümkündür.Bunu oxu ekranın “Projects” hissəsində silmək isdədiyiniz obyektin üzərinə gətirib mausun sağ düyməsinə basıb “Delete”-ni seçməklə edə bilərsiz.Yeni paketi yuxarıda qeyd etdiyimiz kimi yarada bilərsiniz.Yeni bir sinifi də eyni qaydada yaradırıq lakin bu səfər “New” hissəsindən “Java Classes”-i seçib sinifi adlandırırıq.

Javada siniflər birçox məqsədlər üçün istifadə olunur.Ümumiyyətlə bildiyimiz kimi Java obyketyönümlü bir dildir bu da öz əksini siniflərdə tapır.Javada siniflər “main metodu”-na  malik ola da bilər olmaya da.Hər bir proqramda “main metodu”-na malik yalnız bir sinif olur.Digər siniflərin isə “main metodu” olmur və bu siniflər tip,subclasslar,superclasslar və s. kimi istifadə olunur(sonrakı dərslərdə bu anlayışlara aydınlıq gətirəcəyik) və proqramlar yazılarkən bunlardan istifadə olunur.Proqramımızı isə “main metodu”-nun olduğu sinifdə yazırıq.

“main metodu” nədir?

Proqram “run” olduqda yani işə salındıqda bu prosses  “main metodu”-ndan başlayır.Bu metod proqramı qaldıran metoddur.Bu metod daxilində yerləşən proqramımız yuxarıdan aşağıya doğru icra olunur və bu zaman da proqram daxilində istifadə etdiyimiz siniflərə də müraciət edir.Yəni proqramımızın işə düşməsi və bu prosesin dəvam etdirilməsi üçün “main metodu” mütləqdir və yalnızca bir ədəd olur.”main metodu”-nun yazılışına baxsaq “public static void main (String [] args){}” şəklində olduğunu görərik.Burada “public”,”static”,”void”,”main” sözləri hər biri açar sözlərdir və hər biri ayrılıqda bir məna ifadə edir,bu ifadələr həmçinin “(String [] args)” haqqında sonrakı dərslərimizdə məlumat alacağıq.”{}” mötərizələri isə proqramımızı yazacağımız hissədir.

Kitabxananın(Libraries) daxilinə baxsaq orada JDK-nın olduğunu görərik.(İlk Java yazımızda JDK haqqında məlumat verilmişdir)Lakin lazım olduqda buraya əlavə kitabxanalar da yerləşdirmək və istifadə etmək mümkün olur.

Proyektimiz yaranan zaman əsas ekranda açılan sinifin daxilində “//”  işarəsindən sonra və ya “/* */” işarələri arasında yazıların olduğunu görəcəksiniz.(istəsəniz silə də bilərsiniz)”Runtime” zamanı yəni proqram işləyərkən bunlar proqramın bir hissəsi kimi icra olunmur sadəcə məlumat xarakteri daşıyır.Siz bu şəkildə kodlarınızda şərh buraxmaqla,müvafiq hissədə nə etdiyinizi,necə etdiyinizi və bu kimi məlumatları qeyd etməklə sonradan sizin, həmçinin kodlarınıza baxan digər şəxslərin kodu daha asan analiz etməsinə kömək etmiş olursunuz.

Əsas ekrandakı açılan sinifimizə diqqət yetirsək proyektimizlə eyni adı daşıyan sinifin elanından öncə onun yerləşdiyi paket elan olunmuşdur,yəni yazılmışdır.Paketin daxilində sinifimiz,sinifimizin daxilində isə “main metodu” yerləşir.”{}” mötərizələrinin açılıb sonradan qapanmasına xüsusi diqqət yetirək,açılan hər bir mötərizə qapanmasa İDE “compile” zamanı bunu sintaktik səhv olaraq qəbul edəcək və proqramınız işə düşə bilməyəcəkdir.Odur ki açılan hər mötərizəni eyni zamanda qapatmağınız daha məsləhətlidir ki, sonradan unudulmasın.

 

Beləliklə, yazdığımız kod vasitəsiylə biz “output” hissəsində “Salam, Dünya!” yazısını görürük.Gördüyünüz kimi yazdığımız proqramda artıq bir çox şeylə tanışsınız.Burada “System.out.println(“ “)” ifadəsi mötərizə daxilində olan “ “(qoşa dırnaq) daxilinə yazdığımız hər hansı bir informasiyanı İDE-nin “output” bölməsinə yazdırmağımıza xidmət edir.”sout” yazıb “Tab”-a basmaqla da bu kodun yazılmasını təmin edə bilərsiz.Bundan sonra istifadə edəcəyimiz bir çox kod hissəsi kimi “System.out.println(“ “)” ifadəsindən sonra “;”(nöqtəli vergül) qoyulması mütləqdir.Bu müvafiq kodun bitdiyini ifadə edir.