Menü Kapat

HTML kodunda hansısa bir məlumatı cədvəl şəklində istifadəçiyə təqdim etmək üçün bir sıra qaydalar gözlənilməlidir. Belə ki burada dörd növ cədvəl elementi, daha mürəkkəb quruluşa malik cədvəllərin düzəldilmə qaydaları və cədvəllərə başlıq və həmçinin də sonluqların əlavə edilmə qaydası ilə tanış olacaqsınız.

Cədvəllərdən istifadə qaydasını dərindən anlamaq üçün buradakı sıra və cərgə anlayışlarını nəzərdə saxlamaq lazımdır. Belə ki sıra dedikdə üfüqi xətti, cərgə dedikdə isə şaquli istiqaməti düşünmək lazımdır.

Ən birinci istifadə olunan element <table> elementidir, hansıki cədvələ daxil olan hər bir şey bu elementin açılış və qapanış teqləri arasında olur və ya hansısa bir cədvələ başlamazdan əvvəl ən birinci istifadə olunan kod hissəciyi <table> elementidir. Table ingiliscədən tərcümədə cədvəl deməkdir.

Növbəti element isə <tr> elementidir. Bu elementin yazılış formasına nəzər yetirsək, görərik ki, <tr> table+row sözlərinin başlanğıc həriflərindən ibarətdir. Row burada sıra deməkdir. Nəzərə alsaq ki, hər bir sırada, yəni üfüqi xətt boyunca cədvəldə bir neçə cədvəl elementi yazıla bilər, onda o ifadələrin hər birini <tr> elementinin açılış və qapanış teqləri arasında yazmaq lazımdır. Çünki bu ifadələr hamısı birinci sıraya aiddir. Burdan belə nəticəyə gəlmək olar ki, növbəti sıraya keçmək məqsədilə birinci sıranın qapanış teqini daxil edib ikinci sıranın açılış teqindən istifadə etmək lazımdır.

Təbii ki, hər bir sırada bir neçə cərgə olur. Hər bir cərgədəki sözü isə <td> elementinin açılış və qapanış teqləri arasında yazmaq lazımdır. Bu element isə table+data sözlərinin baş həriflərinin birləşməsindən əmələ gəmişdir. Data sözü ingiliscədən tərcümədə kiçik bir informasiya mənasını verir. Nəzərə çatdıraq ki, bir <tr> elementinin açılış və qapanış teqi arasında bir neçə <td> elementindən isfifadə olunma həmin bu sıraya aid olan hər bir cərgədəki ifadələri bir bir daxil etmək mənasını verir. Məsələn,

15 20 30

12 40 50

45 54 23

<table>

<tr>

<td> 15 </td>

<td> 20 </td>

<td> 30 </td>

</tr>

<tr>

<td> 12 </td>

<td> 40 </td>

<td> 50 </td>

</tr>

<tr>

<td> 45 </td>

<td> 54 </td>

<td> 23 </td>

</tr>

</table>

Bəzən elə olur ki, cədvəldə hansısa bir söz əsasən də başlıq şəklində göstərmək məqsədilə birinci cərgə və sıradakı sözlər bold-laşdırılmış bir vəziyyətdə təqdim olunur. Bu zaman həmin sözün önəmliliyini vurğulamaq üçün onun tünd rəngdə gösdərilməsi imkanını HTML <th> elementi vasitəsilə təqdim edir. <th> və <td> elementi demək olar ki, eyni xarakteri daşıyır. Səadəcə olaraq sözün bold olub olmamasına görə bir-birindən kəskin olaraq fərqlənir.

Qeyd: bəzən elə olur ki, hansısa bir cərgədə və yaxud da sırada hansısa bir söz olmur, yeri boş qalır. Bu zaman <th> və ya <td> elementi mütləq istifadə olunmalıdır. Sadəcə olaraq açılış və qapanış teqlərinin içi boş saxlanıla bilər. Əks halda cədvəl bir addım qabağa sürüşmüş olacaqdır.

Cədvəllərə başlıq və sonluq əlavə etmənin də öz qaydaları vardır və bu o qədər də mürəkkəb bir proses deyildir. Burada üç elementi tanıyıb mənasını anlamaq kifayətdir.

  • <thead> elementi table+head(başlıq) sözlərinin birləşməsindən əmələ gəlib, cədvələ başlıq kimi daxil olan sözlər üçün iatifadə olunur.
  • <tbody> table+body (bədən) sözlərinin birləşməsindən əmələ gəlib, əsas cədvəli təşkil edir.
  • <tfoot> table+foot (ayaq) sözlərinin birləşməsindən əmələ gəlib, sonluq əlavə etmək üçün istifadə olunur.