Menü Kapat

Əvvəlki dərslərimizdə format() modulu haqqında məlumat vermək üçün əvvəlcə bu modulun mahiyyətini ondan əvvəl hansı funksiyalardan istifadə olunduğu haqqında danışdıq. Hal-hazırda isə sırf format() modulu haqqında məlumat verməyə çalışacam. Müasir kodlarda demək olar ki, format() modulundan istifadə edilir.

format() moduluna aid müəyyən qədər sadə bir misaldan istifadə edək:

>> print(“{} ve {} en yaxin dostdurlar!”.format(“Sema”, “Senan”))

Sema ve Senan en yaxin dostdurlar!

Biz  əvvəlki dərsimizdəki %d ;%f; %s-i {}  yəni fiqurlu mötərizə ilə əvəz etdik  əvvəlki formaya nisbətən format() metodunun müəyyən rahatlıqları vardır. Belə ki, biz %-dən istifadə etdikdə formatları qeyd etməliydik, yəni string; float; int tipləri bir-birindən fərqləndirilməli idi. Lakin, format() vasitəsilə tip qeyd etmədən də istənilən qədər dəyişəni çıxışa vermək olar Məsələn:

  • name = input(“Adinizi daxil edin: “)
  • age = int(input(“Yasinizi daxil edin: “))
  • height= float(input(“Boyunuzu daxil edin: “))
  • weight= int(input(“Cekinizi daxil edin: “)
  • print(“””sizing adiniz {}, yasiniz {}, boyunuz {}, cekiniz {} kq-dir!”””.format(name,age,height,weight))

 

Bu kodu yazıb çıxışa verdikdə səhv olmadan dəyişənlər ekrana çıxacaq. Format() modulunun bir xüsusiyyəti də, dəyişənləri istənilən ardıcıllıqda vermək olar. Məsələn:

>>> “{0} {1}”.format(“Baki”, “London”)

‘Bakı London’

 

Bu kod vasitəsilə dəyişənlər çıxışa verilir. Belə ki, fiqurlu mötərizə daxilindəki ədədlər dəyişənlərin ardıcıllığını bildirir. Hətta, bu ədələri ardıcıl olmayan formada yazsaq belə,  onlar ardıcıl şəkildə çıxışa veriləcək. Məsələn:

  • “{0} {1} ({1} {0})”.format(“Baki”, “London”)

‘Baki London (London Baki)’

 

Göründüyü kimi ardıcıllıq dəyişdirilsə də ilk dəyişən olaraq Bakı, ikinci dəyişən olaraq London çıxışa verilir.

  • print(‘{1},{0}’.format(‘baki’,’london’))

Belə yazdıqda da ilk olaraq london sonra baki çıxışa verilir

Format() modulunun başqa cür istifadəsinə aid bir misala da baxaqI

  • print(“{dil} dersleri”.format(dil=”python”))

Yəni,  burada fiqurlu mötərizə daxilində  bir dəyişən adı verib, sonra onun dəyərini qeyd etmək olar.