Menü Kapat

Bir Java proqramı yazmaq isdəsək,komputerimizdə yeni bir “Text Document”(text faylı) açıb proqramımızı onun içinə yazaraq sonra da “cmd”-dən,yəni console-dan istifadə etməklə proqramımızı işə sala bilərik və hər şey qaydasındadırsa nəticə də alarıq.Ama bu heç də əlverişli bir üsul deyil.

Vaxta qənaət etmək və proqramları daha rahat yazmaq məqsədiylə “İDE”-lərdən(İDE-İntegrated Development Environment) istifadə olunur.Bəzi proqramçılar hələ də proqramlarını “Notepad” kimi vasitələrdə yazmağı üstün tutsalar da bu kütlə azlıq təşkil edir.Proqramlaşdırmayla məşqul olan demək olar ki hər kəs  daha səmərəli üsul olan İDE-lərdən istifadə edir.

İDE-lərin işimizi asanlaşdıran bəzi xüsusiyyətlərinə baxaq və niyə onlardan istifadə etməli olduğumuzu anlayaq:

İDE-lər proqramı yazılan anda “compile” edir,yəni biz hər dəfə klaviaturaya toxunub nəsə yazdıqda proqram yenidən tərtib olunur və əgər bir sintaktik yani kod səhvi varsa müxtəlif yollarla bizə bildirir.

Açar sözləri,dəyişən adlarını rəngləyir.(Açar sözlər və dəyişənlər haqqında sonrakı yazılarda məlumat veriləcək)Beləliklə yazılan kodlar daha səliqəli və xoş görünür  və proqram daxilində biz açar sözləri,dəyişənləri və digər kod hissələrini ayırd edə bilirik.

İDE-lər bəzi kodları özü əlavə edə bilir.Yani isdədiyimiz zaman əlavə etməyini isdədiyimiz kodu seçib əlavə et deyirik və əlavə kod yazmaq zəhmətindən azad olub vaxtımıza qənaət etmiş oluruq.

İDE-lər zəngin kitabxanalarıyla bizə bir çox funksionallıq təklif edirlər.Normalda kod yazaraq əldə edə biləcəyimiz bir çox funksionallıq bu kitabxanalarda hazır şəkildə olur və normaldan daha az kod yazmaqla onlardan istifadə edə bilirik.Beləliklə daha qısa bir zamanda daha az zəhmətlə məqsədimizə çatmış oluruq.

Java proqramlarımızı yazmaq üçün bir çox İDE mövcuddur.İndi isə onlardan biri olan “NetBeans İDE”-nin yüklənməsi və qurulmasına baxacağıq.İstifadə üçün NetBeans-i seçməyimizin səbəbi istifadəsinin daha sadə olması və yeni başlayanlara daha uyğun olmasıdır.Lakin bu onun zəif olması demək deyil,hətta Java üçün ən sevilən 3-4 İDE-dən biri də NetBeans-dir.

İndi isə NetBeans-ın yüklənməsi və qurulmasına baxaq:

Öncəki yazımızdan da bildiyimiz kimi Java proqramlarımızın işləməsi üçün komputerimizdə JDK (JDK,JRE və JVM haqqında ilk yazıda məlumat verilib) olmalıdır.İlk işimiz JDK-nı yükləmək olacaq.JDK-nın NetBeans-dən öncə qurulması daha məsləhətlidir,çünki NetBeans qurularkən komputerdə JDK-nın qovluğunu tapır və onla birlikdə qurulur.NetBeans-də yazacağımız kodlar JRE-nin daxilindəki JVM vasitəsiylə işlədilir ki JRE də JDK-nın içindədir.Həmçinin NetBeans-də bir Java proqramı açsaq onun “Library”(kitabxana) hissəsində JDK-nın olduğunu görərik.

JDK-nı yükləmək üçün “Browser”-a(Google,Chrome və b.) “JDK download” yazıb axtarışa verək və qarşımıza çıxan “Oracle”-ın rəsmi səhifəsinə daxil olaq.(Bu <LINK>-dən də istifadə edə bilərsiz)Aşağıdakı kimi bir görüntüylə qarşılaşacağıq:

Məndə JDK və NetBeans hal hazırda yüklənmiş olduğundan görüntü belədir ama sizdə JDK-nın sağ tərəfində Netbeans də görünə bilər ama biz sadəcə Java loqolu JDK platformunun üzərinə basıb sonrakı addıma keçəcəyik,Netbeans-in yüklənilməsinə az sonra baxacağıq.JDK-nın üsdünə basdıqdan sonra qarşınıza bu görüntü çıxacaq:

Sonra siz “Accept License Agreement”-i seçib əməliyyat sisteminizin növünə(Windows,Linux,macOS və başqaları) və neçə bit-lik olmasına baxıb uyğun olan versiyanı yükləyin.Əməliyyat sisteminizin neçə bit-lik olduğunu öyrənmək üçün isə “Desktopunuzda” oxu “Computer” nişanının üzərinə gətirib sağ düyməyə basıb aşağıda “Properties” bölməsinə girin və orada “System type” yazısının qarşısında əməliyyat sisteminizin neçə bitlik olduğunu öyrənin.Məsələn məndə 64 bitlik “Windows 7” əməliyyat sistemidir və buna görə də mən bu şəkildəki aşağıdakı versiyanı yükləməli olacaqdım.(Sizdə JDK və NetBeans olmadığından siyahı biraz fərqli də ola bilər)

JDK yükləndikdən sonra NetBeans-in yüklənməsinə baxaq və bu səfər də “NetBeans download” yazıb axtarışa verək və NetBeans-in rəsmi səhifəsinə daxil olaq.(Bu <LİNK>-dən də istifadə edə bilərsiz)Qarşımıza bu görüntü gələcək:

Gördüyünüz kimi burada müxtəlif növ proqramlar yaza bilməyiniz üçün seçimlər var.Biz “JavaSE”ilə başlayacağımızdan “JavaSE”-ni yükləmək bizə kifayət edəcəkdir amma sonradan “JavaEE”-yə keçdikdə “JavaEE”-ni yükləməli olacıq.Bunu nəzərə alıb mən ən sonuncu olanı yəni “All” -u yükləmişəm ki sonradan bunlarla vaxt itirməyək.Gördüyünüz kimi “All” mövcud olan bütün funksionallıqlara sahibdir.”All”-un aşağısındakı “Download”-a basıb yükləməni başladaq.Yükləmə bitdikdən sonra JDK və NetBeans-ın qurulmasına keçək:

Yüklənən JDK-nın üzərinə basıb “next-next-next” prinsipi ilə gedərək JDK-nı qura bilərsiniz.Sonda sizdə belə bir görüntü alınacaq:

“Close”-a basıb qurmanı tamamlayacaqsınız.NetBeans-ı da eyni şəkildə “next-next-next” prinsipi ilə qura bilərsiniz.Sonunda “Desktop”-da NetBeans qurulmuş olacaq.Olmasa belə komputerinizdə axtarışa verib ondan istifadə edə bilərsiniz.

Sonrakı yazımızda Netbeans-in istifadəsinə başlayacağıq və ilk proqram nümunəsi olan “Salam,Dünya!”-nın yazılmasını görəcəyik.