Menü Kapat

Komputer proqram təminatı nədir və digər proqram kateqoriyalarından necə fərqlənir?“Proqram təminatı”(Software) termini bir proqram və ya kompüter prosessorunun bir tapşırıq və ya əməliyyatın yerinə yetirilməsi üçün oxunduğu məlumatları əks etdirir. Əksinə, “hardware” termini isə kompüterin sabit disk,siçan və klaviatura kimi görünən və toxunan fiziki komponentlərə istinad edir.

Proqram təminatının iki əsas növü var:

Sistem proqramı (systems software) və tətbiqi proqram təminatı (application software)

Sistem programı( systems software)

Sistemlər proqramı əməliyyat sistemi,fayl idarə proqramları və disk əməliyyat sistemi (və ya DOS) kimi kompüterin özünü idarə etməsinə həsr olunmuş proqramları əhatə edir.

Əməliyyat sistemi kompüterin hardware ehtiyatlarını idarə edir. Həmçinin aşağıdakıları əhatə edir:

•Bir klaviatura və siçan kimi daxili cihazlarını

•Ekran monitorlar,yazıcıları və skanerləri kimi çıxış cihazlarını

•Modemlər,routerlər və şəbəkə əlaqələri kimi şəbəkə qurğularını

•Daxili və xarici sürücülər kimi saxlama qurğularını

Əməliyyat sistemi həmçinin hər hansı əlavə quraşdırılmış tətbiq proqramlarının səmərəli icrası,idarə olunması və yaddaş ayırmalarını asanlaşdırmaq üçün xidmət göstərir.

Tətbiqi proqram təminatı (Application software)

Tətbiqi proqram təminatina (və ya sadəcə tətbiqlər) tez tez səmərəli proqramlar və ya istifadəçi proqramları deyilir; çünki istifadəçi sənədləri,elektron tabloları,məlumat bazaları və nəşrləri yaratmaq,elektron tədqiqat aparmaq,e-poçt göndərmək və hətta oyun oynamaq üçün imkan yaradır. Tətbiqi proqram təminatı həm bir kalkulyator tətbiqi kimi sadə həmçinin bir söz emal proqramı kimi mürəkkəb ola bilməsi üçün nəzərdə tutulmuş vəzifəyə aiddir. Bir sənəd yaratmağa başladığınızda söz prosesi proqramı (word processing software) artıq marjinləri,font stilini və ölçüsünü müəyyən edir və sizin üçün sətir aralığı təyin edir.Daha sonra siz bu parametrləri dəyişə bilər və daha çox formatlaşdıra bilərsiz. Məsələn, söz prosessor tətbiqi (word processor application) rəng,başlıq və şəkillər və ya sənədin görünüşünü ehtiyaclarınıza uyğun olaraq silmək,surətini çıxarmaq və dəyişdirmək üçün işimizi asanlaşdırır.

Microsoft Word- Microsoft Office adlı proqram təminatı paketinə daxil olan məşhur bir söz emal tətbiqidir. Bir proqram paketi müvafiq funksiyaları olan bir tətbiqi proqram təminatı (application software) qrupudur. Məsələn,ofis proqram paketləri söz emal(word processing),elektron tablo(spreadsheet),məlumat bazası(database),təqdimat(presentation) və e-poçt(email) proqramlarını əhatə edə bilər.

Tətbiqi proqram təminatı kompüter istifadəçilər üçün çox vacibdir çünki bu ilk növbədə kompüterlərimizə söz emal( word processing),veb tarama(web browsing) və məlumatların çatdırılması(data crunching) kimi bir çox vəzifələri yerinə yetirmək üçün istifadə olunur.

Tətbiqi proqram təminatı sistem proqramının gücünü tətbiq edir. Buna görə proqram yüklənərkən,əməliyyat sistemi ilə uyğun bir versiyanı tapmaq lazımdır.

Proqram təminatı çox vaxt CD-ROM və disketlərdə paketlənir. Proqram təminatı alına və ya əldə oluna bilər. Bugün çox  alınan proqram təminatı pulsuz internet üzərindən yüklənir.

Bəzi ümumi tətbiq proqramları aşağıdakılardır :

•Sözlük prosessorları,elektron tablolar və bir çox kompüter istifadəçisinin istifadə etdiyi alətləri olan məhsuldarlıq proqramı

•Təqdimat proqramı

•Qrafik dizaynerlər üçün qrafik proqram

•CAD/CAM proqramı

•Xüsusi elmi proqramlar

•Şaquli bazar və ya sənaye xüsusi proqram(məsələn bank,sığorta,pərakəndə və istehsalat mühitləri üçün)

•Firmware və ya mikrokod, bir dəfə və ya nadir hallarda bir mikroprosessor və ya oxumaq üçün yaddaşa xüsusi bir sahəyə yüklənmiş proqramlaşdırma və bundan sonra da hardware-nin bir hissesi kimi götürülür

Aşağıdakı ümumi məlumata mazər salaq:

                                   

▪Sofware(proqram təminatı)-Bir vəzifəni yerinə yetirmək üçün proqram və ya kompüter məlumatlarını oxuyur

▪Hardware-Bir kompüterin fiziki aspektləri

▪Proqram təminatının iki əsas növü var-Sistem və tətbiqi proqram təminatı

▪Sistem proqram təminatı-Bir kompüterin hardware ve proqramları üçün istifadə olunur

▪DOS-Kompüteri idarə etmək üçün bir sistem proqramı

▪Operating System(Əməliyyat sistemi)-Komputerde hardwareni dəstəkləyir

▪Application Software(Tətbiqi proqram təminatı)-Kompüter vəzifələrini yerinə yetirmək üçün səmərəli proqramlar və ya son istifadəçi proqramları

▪Web browser(Veb tarayici)-Internnetdə maddələrin tədqiqi üçün istifadə olunur

▪Hyperlink(Körpü)- Bir mətndən başqa bir yerə keçid

▪URL(Uniform Resource Locator)-veb saytın ünvanı

▪App-Mobile software application və ya Mobil proqram təminatı

▪Utility software( kommunal proqram təminatı)- bir əməliyyat sistemindən daha yaxşı kompüter resurslarını idarə edir,saxlayır və nəzarət edir.