Menü Kapat

Yazımızda günümüzdə böyük maraq görən və xətri sayıla biləcək qədər çox istifadəçisi olan “Java” proqramlaşdırma dilinin nə zaman və necə yarandığı,yaranma səbəbləri və dilin üstünlükləri haqqında danışacağıq.

Çox qısa 1-2 cümlə ilə ilk öncə Java nədir onu qeyd edək:

Java “C,C++” proqramlaşdırma dillərindən ilhamlanmış,obyekt yönümlü,platformadan asılı olmayan ən tanınmış proqramlaşdırma dillərindən biridir.Yarandığı gündən bu günə  xeyli inkişaf etmiş,23 ili geridə qoymasına baxmayaraq populyarlığını itirməmiş və yuxarıda sadaladığımız xüsusiyyətlərinə görə hələ də rəğbət görən bir dildir.

Javanın nə zaman və necə yaranmasıyla başlayaq:

Java “Sun Microsystems” şirkətinin (Sun Microsystems-komputer,komputer komponentləri,proqram təminatı,informasiya texnologiyaları xidmətlərini satan və Java proqramlaşdırma dilini,Solaris əməliyyat sistemi və SPARC yaratmış amerikalı şirkətdir) mühəndislərindən olan James Gosling tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmış və ilk adı “Oak” olmuşdur.

1991-ci ildə Sun Microsystems şirkəti gələcək nəsil smart cihazların proqramlaşdırması üçün yeni bir texnologiya inkişaf etdirməyə çalışırdı.İlk öncə bunun üçün C++ istifadə etməyə qərar versələr də bəzi səbəblərə görə bundan imtina etdilər.Tezliklə “Green”(yaşıl) adlı yeni bir platforma və “Oak”(palıd) adlı yeni bir proqramlaşdırma dili yaratdılar.1992-ci ildə Green OS,Oak dili,kitabxanalar və hardware daxil olmaqla paltformanın bir hissəsi Star7 adlı bir PDA-Personal Data Assistant(protativ kiçik cib komputeri) qurğusunun qurulması ilə nümayiş etdirildi.

1994-cü ildə Oak proqramlaşdırma dili  “Java” adını aldı və inkişaf etdirilərək server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı.Deyilənlərə görə bu dili James Gosling sevdiyi Java kofe markasının şərəfinə belə adlandırmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsviri vardır. Java Sun Microsystems şirkəti tərəfindən rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur.Və nəhayət ki 23 yanvar 1996-cı ildə JDK1.0 təqdim edildi.

Bü günə qədər yayımlanan versiyalar:

JDK Beta-1995                                                                       Java SE 6-sentyabr 2004

JDK 1.0- yanvar 1996                                                             Java SE 7- dekabr 2006

JDK 1.1-fevral 1997                                                                Java SE 8(LTS)-mart 2014

J2SE 1.2-dekabr 1998                                                             Java SE 9-sentyabr 2017

J2SE 1.4-may 2000                                                                 Java SE 10-mart 2018

J2SE 5.-fevral 2002

C++ dilinin tətbiq olunmasından imtina edilməsi və Javanın yaranma səbəblərindən biri artıq yazılan kodun dəyişdirilmədən istənilən platformada işlədilə bilinməsinin isdənilməsi idi ki, bu da Javanın əsas xüsusiyyətlərindən biri olan “WORA”-Write Once Run Anywhere(Bir dəfə yaz hər yerdə işlət) anlayışının yaranmasına gətirib çıxardı.Bu xüsusiyyət “JVM”-Java Virtual Machine(Java Virtual Maşını) vasitəsiylə həyata keçirilir.

Javada proqram yazarkən bizim yazdığımız kodlar(mənbə kodları) .java uzantılı faylda saxlanılır.Daha sonra bu mənbə kodları “javac”(Java programing language compiler) vasitəsiylə  “compile” olarkən (tərtib olunmaq) “bytecode”-a(JVM-in oxuya biləcəyi xüsusi kod növü) çevrilir və bunlar .class genişlənməli fayllarda saxlanılır.Sonradan JVM-in olduğu istənilən əməliyyat sistemində və platformada bu bytecode-lar vasitəsiylə proqramımızı istifadə edə bilirik.Aydın olduğu kimi istənilən Java proqramını istifadə etməyimiz üçün cihazımızda JVM olmalıdır.JVM bytecode-u oxuyub,kodu dəyişdirmədən istənilən əməliyyat sisteminin istifadə edə biləcəyi hala gətirə bildiyindən platformadan asılı olmayaraq kodumuzu dəyişdirmədən proqramımızı hər yerdə işlədə bilirik. .class genişlənməli fayllar Java tərəfindən “Run” olduqdan sonra,yəni işə salındıqdan sonra proqramımız .jar genişlənməli faylda saxlanılır.

Java proqramlarımızı yazmaq,inkişaf etdirmək və işlətmək üçün JVM-dən başqa “JRE”-Java Runtime Environment və “JDK”-Java Development Kit də lazımdır

.1)”JVM” JRE və JDK-nın vacib bir hissəsidir.JDK və ya JRE istifadə etdiyiniz Java proqramı nə olursa olsun JVM-in içinə daxil olur və JVM onu sətirbəsətir yerinə yetirir.Buna görə də o tərcüməçi kimi də bilinir.

2)JRE Java proqramlarının cihazınızda işləməsini təmin edən mühiti yaradan quraşdırma paketidir

.3)JDK(Java İnkişaf Kiti) Java proqramını yaratmaq,inkişaf etdirmək və yerinə yetirmək üçün lazım olan mühiti təmin edən kitdir.JDK iki şeyi özündə saxlayan bir paketdir:Java proqramlarınızı inkişaf etdirmək üçün mühiti təmin edən İnkişaf vasitələri və java proqramınızı icra etmək üçün JRE.(Sonrakı dərsimizdə JDK,JRE və JVM-nın yüklənməsi və qurulmasına baxacıq).

Bu üçü arasındakı əlaqəni aşağıdakı kimi göstərək:

JRE=JVM+kitabxana sinifləri                                                           JDK=JRE+inkişaf vasitələri

Həmçinin C-ın obyekt yönümlü olmaması,daha mürəkkəb olması da Javanın yaranmasını zəruri etdi.Lakin Java C və C++ dilindən bir çox şeyi aldığından struktur və  sintaksis baxımından oxşarlıqlar çoxdur.

Javanın bir üstün cəhəti də özündə “Garbage collector”(zibil toplayan)-un olmasıdır.Garbage collector vasitəsiylə proqramçı daha öncədən yaratdığı və sonradan istifadə etmədiyi obyektlərin yaddaşda lazımsız şəkildə yer tutmasını özünə dərd etməməli və onları silib silmədiyini fikirləşməli deyil.Bu C ++ istifadəçilərinin proqram yazarkən düşündürən və fikir vermələri vacib olan bir problemdir.Müxtəlif şirkətlər tərəfindən hazırlanan JVM-lərdə Garbage collector alqoritmləri müxtəlif ola bilər.JVM-lərin başqa şirkətlər tərəfindən hazırlanmasına icazə verilsə də bəzi qaydalar qoyulmuşdur.Heç bir şirkət istədiyi formada onu yarada bilməz.Bəzi zəruriliklər var ki bunlardan biri də hər JVM-də Garbage Collectorun olmasıdır.

Java obyekt yönümlü proqramlaşdırma dilidir,yani Javada hər şey obyektdir.Javada bir çox şey  “class”lar,yəni siniflər üzərində qurulur.Demək olar ki ən çox istifadə olunan anlayış classdır.(Classlar haqqında sonrakı yazılarımızda daha ətraflı məlumat veriləcək).

Java özü də bir neçə texnologiyanı özündə saxlayır:

Java SE -Java Standard Edition

Java EE – Java Enterprise Edition

Java ME – Java Micro Edition

JavaFX və Java Card.

Biz sonrakı yazılarımızda yalnız JavaSE,daha sonra isə JavaEE ilə bağlı dərslərə baxacağıq.Indi qısaca bu ikisi arasındakı fərqi sadə dillə izah edək:

JavaSE adından da göründüyü kimi proqramlaşdırmanın standart təməl funksiya və xüsusiyyətlərindən təşkil olunub(tiplər,massivlər,fayllar və digər baza məlumatlar).JavaEEni isə JavaSE+əlavə texnologiyalar(məsələn web proqramlaşdırmayla bağlı) kimi başa düşmək olar.

Java proqramlarımızı yaza biləcəyimiz proqramlara “İDE”-lər deyilir.Məsələn aşağıdakılar:

İntellij İDEA                                              BlueJ                                                      Processing IDE

NetBeans                                                 DrJava                                                    JCreator

Eclipse İDE                                              JBuilder                                                   Kawa

və başqaları.(Gələn dərsimizdə bunlardan birinin hardan və necə yükləyəcəyimizə aydınlıq gətirəcəyik)

“Java” Sun Microsystems şirkətinin olsa da 2010-cu ildə “Oracle Corporation” şirkəti(Amerikan çoxmillətli komputer texnologiyalar şirkəti) Java ilə birlikdə Sun Microsystems şirkətini aldı.Hal hazırda 3 milyard mobil telefonda,şirkət stolüstü komputerlərin 97%-də,125 milyon TV cihazında və bir çox başqa cihazda Java var və bu ədəd getdikcə artmaqdadır.Bununla bağlı olaraq Javaya və Java bilənlərə günümüzdə təlabat vardır ki bu da Java öyrənmək üçün yaxşı bir səbəbdir.