Menü Kapat

HTML-də siyahılar

Markerdən və ya rəqəmlə başlanan ayrı -ayrı frazaların qarşılıqlı əlaqəli dəsti  siyahı adlanır. Siyahılar müxtəlif məlumatları qaydaya salmaq , sistemləşdirmək , istifadəçi üçün aşkar və rahat növdə onları təqdim etmək imkanını verir.

Siyahiların aşağıdakı növləri var

  • Markerli siyahılar
  • Sıra nömrəli siyahılar
  • Terminlərin siyahısı

Markerli siyahılar

 

Belə siyahılar təsvir edilərkən sətirlərin qarşısında bir qayda olaraq markerlər istifadə edilir.Məsələn dairə və ya  kvadrat şəkilində.Bu zaman <ul> konteyner teqindən istifadə edilir. Tərkibində hər sətir <li> teqi vasitəsi ilə təsvir edilir.

<!DOCTYPE html>
<html>
<body><ul>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ul></body>
</html>

Nəticə:

 

  • Siyahı 1
  • Siyahı 2
  • Siyahı 3

Bağlanan </ul> teqinin olması vacibdir.Çünki olmazsa səhifə xətalı olar.Bağlanan </li> teqi olmadıqda belə siyahı düzgün göstərilir amma buna baxmayaraq bu teqin olması daha yaxşıdır.

Markerin hansı formada çıxacağı type atributu ilə təyin edilir. Mümkün dəyərləri disc,circle,square . Markerin göstərilməməsi üçün type atributunun dəyərini none olaraq daxil etmək lazımdır.Aşağıdakı nümunəyə baxaq.

<!DOCTYPE html>
<html>
<body>
<ul type=”disc”>
<li>Siyahi 1</li>
<li>Siyahi 2</li>
<li>Siyahi 3</li>
</ul><ul type=”circle”>
<li>Siyahi 1</li>
<li>Siyahi 2</li>
<li>Siyahi 3</li>
</ul><ul type=”square”>
<li>Siyahi 1</li>
<li>Siyahi 2</li>
<li>Siyahi 3</li>
</ul>
</body>
</html>

Nəticə:

Siralı siyahılar

 

Siralı siyahıları təsvir etmək üçün <ol> teqindən istifadə edilir.Sətirlər üçün <li>teqindən istifadə edilir.

<!DOCTYPE html>
<html>
<body><ul>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ul></body>
</html>

Nəticə:

 

  1. Siyahı 1
  2. Siyahı 2
  3. Siyahı 3

Sira nömrəsi olaraq rəqəmlər,böyük latın hərfləri,kiçik latın hərfləri,böyük rum rəqəmləri,kiçik rum rəqəmləri istifadə edilir.Bunlar type atributunu təyin etməklə mümkün olur.Əgər bu atribut təyin edilməyibsə o halda susmaya görə rəqəmli siyahı təsvir ediləcək.Aşağıdakı nümunədə type atributun müxtəlif dəyərləri nümayiş edilmişdir. 

<!DOCTYPE html>
<html>
<body>
<!DOCTYPE html>
<html>
<body><p><strong>Sıralı siyahıların müxtəlif formaları:</strong></p>
<ol type=”1″>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ol><ol type=”A”>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ol><ol type=”a”>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ol><ol type=”I”>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ol>
<ol type=”i”>
<li>Siyahı 1</li>
<li>Siyahı 2</li>
<li>Siyahı 3</li>
</ol>

</body>
</html>
</body>
</html>

Nəticə:

Nümunədən göründüyü kimi sıra nömrəli siyahılarda yuxarıdan aşağıdan və soldan boşluq buraxılır.Siyahılarda sıra nömrəsinin neçədən başlayacağını start atributu ilə təyin edirlər.Bu zaman hansi tip sıra nömrəli siyahı olması fərqi yoxdur. 

<!DOCTYPE html>
<html>
<body><ol start=”20″>
<li>Cofe</li>
<li>Çay</li>
<li>Süd</li>
</ol><ol start=”20″ type=”a”>
<li>Cofe</li>
<li>Çay</li>
<li>Süd</li>
</ol></body>
</html>

Nəticə:

20. Cofe

21. Çay

22. Süd

 

t. Cofe

u. Çay

v. Süd

 

Terminlər siyahısı

 

Terminlərin siyahısı <dt> termin və <dd> açıqlaması teqlərindən ibarət olur

<!DOCTYPE html>
<html>
<body><dl>
<dt>Termin 1</dt>
<dd>Açıqlama 1</dd>
<dt>Termin 2</dt>
<dd>Açıqlama 2</dd>
</dl></body>
</html>

Nəticə:

HTML siyahılari digər siyahıların daxilində təsvir etmək də olur.

<!DOCTYPE html>
<html>
<body><ul>
<li>Cofe</li>
<li>Çay
<ol>
<li>Qara çay</li>
<li>Yaşıl çay</li>
</ol>
</li>
<li>Süd</li>
</ul></body>
</html>

 

 

  • Cofe
  • Çay
    1. Qara çay
    2. Yaşıl çay
  • Süd