Menü Kapat

Hər bir proqramlaştırma dilində olduğu kimi HTML üçün də xüsusi yazı forması vardır. Html-i digər proqramlaşdırma dillərindən fərqləndirən ən böyük xüsusiyyəti kodların açılıb və bağlanma etiketləri ilə yazılmasıdır. Bunu qısaca olaraq <etiket> Yazılar </etiket> kimi göstərə bilərik.

Html kodları <html></html> etiketi daxilində olmalıdır. Bu etiket daxilində yazacağımız hər bir kodlar html dilinə məxsus olacaqdır.

<html> etiketinin daxilində <head></head>  <body><body> etiketləri də olmalıdır. <head> etiketi daxilində səhifəyə məxsus xüsusi parametrlər (yazı tipi, səhifə başlıq adı, yazı dili və s.), <body> hissəsində isə səhifə daxilində yazılacaq hər şey qeyd olunacaq.

Yazılarımıza veb səhifədə baxmaq üçün sol tərəfdə boşluğa siçanın sağ düyməsini basırıq. Show In Explorer bölməsinə daxil olaq və açılan səhifədə Chrome HTML Document faylına 2 dəfə basaraq yazıları Google Chrome səhifəsi vasitəsi ilə görə bilərik.

Əsas quruluşa bir göz ataq:

Gördüyümüz kimi burada <!DOCTYPE html> kodu vardır. Bu kod üzərində işləyəcəyimiz faylın html tipli olacağını göstərir. <html lang=”en”>  html-in hissəsinin başladığını və yazı tipinin English (Ingilis) yazı tipinə uyğun olduğunu bildirir (yazılmasa da olar). <meta charset=”UTF-8″> bunu hər zaman qeyd edirik və bu bütün səhifədəki yazıların tipini yəni yazı növünü bildirir. <title>Document</title> səhifə başlıq adını təyin edir. Document yerinə istədiyimiz şeyi yaza bilərik.

Body, yəni əsas hissədə isə yazılar öz əksini tapır. Nümunəyə baxaq:

Göründüyü kimi yazdığımız Salam sözü səhifədə öz əksini tapdı.