Menü Kapat

Python programlaşdırma dilinin bir çox tətbiq sahələri vardır. Əvvəlcə belə bir məlumata nəzər salaq. Azərbaycanda programistlər arasında sorğu keçirilmişdir və onlara programlaşdırma dilləri ilə bağlı müəyyən suallar vermişlər. Onlar öz istifadə etdikləri programlaşdırma dillərinin daha çox JAVA PHP SQL olduğunu bildirmişlər. Əslində Python bu araşdırmada aşağı sıralarda olmuşdur. Bu Pyhton programlaşdırma dilinin tətbiqinin bizim ölkədə aşağı səviyyədə olduğunundan xəbər verir. Həmin şəxslərə yeni bir dil öyrənmək istəsəydiniz bu hansı dil olardı sualını verdikdə isə cavabı  ilk sırada Python olmuşdur. Yəni Python gələcəkdə bizim ölkəmizdə geniş tətbiq oluna biləcəyindən xəbər verir. Python yarandığı vaxtdan etibarən müxtəlif sahələrdə tətbiq olunur

VEB DEVELOPMENT

İlk olaraq Python VEB DEVELOPMENTDƏ  istifadə olunmaq üçün yaxşı bir dildir. Onun DJANGO adlanan frameWorkunun adını çəkmək olar hansı ki onun xüsusiyyətinə əsaən adi bir paket daxilində aşağı səviyyədən tutmuş yuxarı səviyyəyə qədər istənilən veb tətbiqetməsını yaratmaq mümkündür  GOOGLE, İSTAGRAM, YOUTUBE hətta  QUORA  pythondan istifadə edir

Machine Learning

MACHİNE LEARNİNG nədir sualını cavablandıraq əvvələ. Machine Learning bir məlumata əsasən müxtəlif alqoritmlərin köməyi ilə yeni bir məlumat almaq üçün istifadə olunur belə ki məlumaları bölüşdürmək, onları sinifləndirmək və s. kimi prosedurlar həyata keçirilə bilər. Machine learning hər bir sahədə istifadə edilə bilər. Pythonda bunun üçün xüsusi kitabxana var ki, adı skitlearn-dır Burada machine learninglə əlaqadədar istənilən güclü  algoritm mövcuddur. Burada bir də Pybrain kitabxanasının adını çəkmək olar

Elmi araşdırmalarda

Python elmi araşdırmalarda hətta MATLABla müqayisə edilir. Hətta bəlkə də gələcəkdə onu keçə bilər.Pythpnun elmi araşdırmalarda bir sıra xüsusiyyətləri mövcuddur. SciPy vasitəsilə MATLAB formasında Pythondan istifadəni mümkün edir. Matplotlib ise, informasiyalarınızı vizuallaşdırmaga kömək edir. SciPy vasitəsilə törəmə, integral, optimal, xətti cəbr, statistika kimi müxtəlif riyazi işləri yerinə yetirmək olar MONOVAR adlı bir program mövcuddur ki bu program PYTHON dilində yazılmışdır və xərçənglə mübarizə aparmaq üçün istifadə olunur Bu algoritm vasitəsilə  adi bir xərçəng hüceyrəsində olan müxtəlifliklərə əsasən hər bir xərçəng xəstəsinə xüsusi olaraq müalicə programı hazırlamağa kömək edir

 

Data analizi

Data analizi müəyyən qədər MACHİNE LEARNİNG və Elmi araşdirmalarla oxşarlıq təşkil edə bilər. səbəbi eyni kitabxanalardan istifadə edilməsidir burada əsasən PANDAS kitabxanasının adını çəkmək olar. Pandas exceldə m’lumatları import etməkdən tutmuş  çoxluqlar üzərində analiz aparmağa qədər lazım olan xüsusiyyətlər var PANDAS  Pythonun digər kitabxanası olan Numpya əasasən yaradılmışdırş DATA ANALİZİNDƏ R və yaxud STATA kimi dillərdən də istifadə olunur. Ama hal-hazırda pythonun xüsusiyytələri bu dillərə ehtiyacı azaldır. Bu arada STATAMODELS  kitabaxanasının da adını çəkmək olar.  Burada data analizi üçün müxtəlif alətlər mövcuddur

Python əlavə olaraq bir sıra sahələrdə o cümlədən maliyyə sahəsində,  əsasən də bank sektorunda istifadə olunur. Belə ki onun kitabxanaları vasitsıilə burada verilənlərin analizində, analitik hesablamalarda və s kimi hallarda PYTHONDAN istifadə olunur